Türkiyə çempionatında Azərbaycan dueli
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında III tura yekun vurulub.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, turun son günündə Azərbaycan millisinin voleybolçuları bir-birinə rəqib olublar.
Belə ki, Yana Kulanın çıxış etdiyi "Bəylikdüzü" Polina Rəhimovanın şərəfini qoruduğu "Fənərbaxça"nı qəbul edib. Görüş "sarı-lacivərdlilər"in 3:1 hesablı qələbəsi ilə yükunlaşıb.
Matçda 5-i eys olmaqla 27 xal toplayan Polina bombardir olub. Kulanın isə 17 zərbəsi komandasına xal gətirib.
Marqarita Əzizovanın formasını geyindiyi "Beşiktaş" "Vakıfbank"la oynayıb. Görüş 3:0 hesabı ilə "bankirlər"in xeyrinə başa çatıb. Son 2 hissədə meydanda olan Əzizova "qara qartallar"da xal hesabını açıb. O, 3 dəqiq zərbə vurub.
Qeyd edək ki, III turdan sonra "Fənərbaxça" 9 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan "Beşiktaş" 8-ci, 1 xala malik "Bəylikdüzü" 10-cudu. Odina Bayramovanın çıxış etdiyi "Seramiksan" isə 4 xalla 7-ci pillədə qalıb.
Oxşar xəbərlər
Millimizin üzvü Sultanlar Liqasında
"Beşiktaş" - "Fənərbaxça" 0:0 - VİDEO
Millinin idmançısı dünya rekorduna imza atdı
İstanbul derbisində qalib müəyyənləşmədi - VİDEO
Polina Rəhimova Yaponiyada ən dəyərli voleybolçu seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL












/news/big/i/f/norvegiya-otkazala-rossijskim-konkobezhcam-v-vydache-viz-dlya-uchastiya-v-etape-kubka-mira_1795505876929706783.jpg)

Misli Premyer Liqası