reklam
Sərbəst güləşçilərimiz
Sportfm.az xəbər saytı

Sərbəst güləşçilərimiz "Yuqra Kuboku" beynəlxalq turnirində iştirak edəcək


28-29 oktyabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcək.

Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, oktyabrın 28-də 57, 65, 74 və 97 kq çəkidə qaliblər müəyyənləşəcək. 61, 70, 86 və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaq.

Oxşar xəbərlər

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz “Çempionlar” turnirində iştirak edəcəklər
Əşrəf Əliyev güləşçilərimizi Mazandarana aparır
Bu dəfə sərbəst güləşçilərimiz İrana yollanır - Təxti Kubokuna
Güləşçilərimiz Rusiyada, Hicran Şərifov hakim-instruktor rolunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər