"Qarabağ"ın hücumçusu DÇ-nın seçmə oyunlarına dəvət aldı
"Qarabağ" klubunun futbolçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Stüart Bakster 27 yaşlı hücumçunu Seneqalla oyunlara çağırıb.
26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.
Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu uzun fasilədən sonra ilk dəfə oktyabrın 7-də Burkina Fasoya qarşı keçirdikləri DÇ-2018-in seçmə qrup matçına çağırılıb. Həmin görüşdə Dino Ndlovu 87-ci dəqiqədə meydana daxil olub. Görüş CAR millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Afrika qitəsinin 16 ən güclü yığması məlumdur
Ndlovu "Qarabağ"dan gedir?
Dino Ndlovu üçün uğursuz yubiley
"İstər Azərbaycanda oynayım, istər Mozambikdə..."
“Qarabağ”ın forvardı arzusuna çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası