Premyer Liqada X turun daha 2 oyunu keçiriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.
İlk görüş "İnter Arena"da olacaq. Burada "İnter" "Keşlə" adı altında "siftə edəcək". Rəqib isə sonuncu pillədə qərarlaşan "Kəpəz"dir.
Qeyd edək ki, X tura oktyabrın 29-da keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası X tur
28 oktyabr (şənbə)
15:00. "İnter" - "Kəpəz"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena"
17:00. "Zirə" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu
Oxşar xəbərlər
"Keşlə" ilk məğlubiyyətini "Kəpəz"dən aldı
"Qarabağ" son saniyə qoluna sevindi
Rəhim Həsənov "dincəlir", Fariz Yusifov Zirəyə yollanır
Fariz Yusifov hansı oyunu idarə edəcək?
Çempion “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası