reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov: "Ən düzgün qərarı AFFA verəcək"


Robert Prosineçkinin millimizdən ayrılmasından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun yığmamıza başçılıq etməli olduğuna dair fikirlər səsləndirilir.

Sportfm.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təcrübəli mütəxəssis ən düzgün qərarın AFFA tərəfindən veriləcəyini bildirib:

"Hansısa fikir bildirməyim "Atetiko" ilə oyunöncəsi fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər. Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq. Sizdən xahişim odu ki, bu cür suallarla mənim fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə problem var".

Oxşar xəbərlər

AFFA Prosineçki ilə danışıqlara başladı
“Bu oyunla yığmada perspektiv gördüyümü deyə bilmərəm” - Qurban Qurbanov
Həmin vaxtadək Bakıda qalacam - Prosineçki
Millinin baş məşqçisi müəyyənləşib
Robert Prosineçki millimizi tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər