reklam
Edu qırmızı vərəqə aldı, yığmamızın baş məşqçisi hakimi söydü -
Sportfm.az xəbər saytı

Edu qırmızı vərəqə aldı, yığmamızın baş məşqçisi hakimi söydü -QALMAQAL. FOTOLAR


Futzal üzrə Yüksək Liqanın 5-ci turu ciddi qalmaqalla yadda qalıb. Sportfm.az saytı xəbər verir ki, lider "Marafon"la "Araz" arasında baş tutan və gərgin məcrada keçən qarşılaşmada, epizodların birində, ikincilərin heyətində çıxış edən braziliyalı futzalçı Edunu meydandan qovan hakim Elçin Səmədli, Naxçıvan təmsilçisinin və yığmamızın baş məşqçisi Alesio Da Silva tərəfindən ciddi təzyiqlə üzləşib. FİFA referisini söyməkdən belə çəkinməyən braziliyalı mütəxəssis, hətta komandasının üzvlərini meydandan çıxarmaq fikrinə düşüb. Lakin aranı sakitləşdirən "Araz"ın idman direktoru Marat Salyanski buna imkan verməyib. Elçin Səmədlini ağır söyüşlərə qonaq edən Alesio texniki zonadan da uzaqlaşdırılıb. Buna baxmayaraq, qırmızı vərəqə ilə cəzalandırılan Edu soyunub-geyinmə otağına yollanmaq əvəzinə tribunada əyləşərək, kənardan hakimə etirazlarını davam etdirib. Baş məşqçi də "boş oturmayıb", o hakimin "Araz"ın əleyhinə verdiyi hər qərardan sonra kənardan Səmədlini "söyüşə qonaq" edib.

Qeyd edək ki, 5-ci turun son qarşılaşmasında "Araz" rəqibinə 4:2 hesabı ilə qalib gələrək, liderliyi ələ keçirib. 

 

Oxşar xəbərlər

Pillənkəndə "razminka" edənlər və uduzmağı bacarmayanlar - Ölkə çempionatında biabırçı olaylar - QEYD
Braziliyalı futzalçı "Araz"ı tərk etdi
Alesio Da Silva daha neçə matçı kənardan izləyəcək?
Alesio Da Silva:"Təkcə "Araz"dan söhbət gedə bilməz..." - VİDEO
EKOL "Araz"la bacarmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər