"Qarabağ"a qarşı meydana çıxmayan futbolçu dünyasını dəyişdi
Moldova "Şerif"inin sabiq futbolçusu Dionatan Teyşeyra 25 yaşında vəfat edib.
Sportfm.az saytı Report-a istindən xəbər verir ki, 25 yaşlı müdafiəçi vətəni Braziliyada ürəktutmasından dünyasını dəyişib.
O, əvvəllər Slovakiyanın "Koşitse", "Slovan" və "Dukla", İngiltərənin "Flitvud Taun" və "Stok Siti" klublarında, eləcə də Braziliya ilə Slovakiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib.
Teyşeyra ötən mövsümün ikinci yarısını "Şerif"də keçirdikdən və bu klubla "qızıl "dubl" etdikdən sonra Braziliyaya yollanıb. "Sambaçı" geri qayıdacağına söz verdiyindən, tiraspollularla müqaviləsi qüvvədə olub. Lakin o, Moldovaya qayıtmayıb. Bu səbəbdən, Teyşeyra Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la oyunları buraxıb.
Qeyd edək ki, bu görüşlərdə Azərbaycan təmsilçisi Bakıda 0:0 hesablı heç-heçə etsə də, səfərdə qalib gəlib - 2:1.
Oxşar xəbərlər
Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi
37 yaşlı futbolçu qəzada dünyasını dəyişdi
Milli komandamızın kapitanı Türkiyəyə yollanıb
"Qarabağ" Moldovaya yollanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













_1694603125.png)

Misli Premyer Liqası