Təhsil Nazirliyindən "Şahmat" fənninin tədrisi ilə bağlı açıqlama
Təhsil Nazirliyi orta məktəblərdə "Şahmat" fənninin tədrisi ilə bağlı açıqlama verib.
Sportfm.az saytı xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, şagirdlər arasında şahmatın geniş təbliğ edilməsi, bu idman növünə meyl və marağın gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən "Şahmat" fənni ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib. Bu qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzinə zəmin yaratması və digər arqumentlərə istinad edilib.
2012-ci ildən başlayaraq pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində "Şahmat" fənninin tədrisinə başlanılıb, sonradan layihənin əhatə dairəsi genişləndirilib.
2016-2017-ci tədris ilində respublikanın 493 məktəbinin 4733 II-IV siniflərində 105502 şagirdə "Şahmat" fənni tədris olunub.
Hazırda Təhsil Nazirliyi sistemində 70-dən çox idman məktəbində şahmat bölməsi fəaliyyət göstərir. Bu məktəblərdə 19 minə yaxın məktəbli bu qədim oyunun sirlərinə yiyələnir.
Nazirlikdən əlavə edilib ki, "Şahmat" fənninin tədrisinin gələcək dərs illərində də davam etdirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
ADBTİA tələbələrinə antidopinq bilikləri tədris ediləcək - AMADA
“Qarabağ Azərbaycandır!” - Beynəlxalq turnir keçiriləcək
Respublika çempionatı başladı - 5 gün davam edəcək
Boks üzrə açıq birincilik başa çatdı
Təhsil Nazirliyi yüksək nəticə göstərən məşqçiləri və idmançıları mükafatlandırdı - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası