reklam
Respublika çempionatı başladı -
Sportfm.az xəbər saytı

Respublika çempionatı başladı -5 gün davam edəcək


Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, şahmat idman növü üzrə yarışların final mərhələsinə start verilib.

Təhsil Nazirliyindən Sportfm.az-a verilən məlumata görə, beş gün davam edəcək oyunlarda zona yarışlarında I və II yeri tutan komandalar mübarizə aparır. 

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçiriləcək yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. 

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb.

Oxşar xəbərlər

Boks üzrə açıq birincilik başa çatdı
2018-ci ildə yüksək nəticə qazanmış idmançılar və məşqçilər mükafatlandırıldı - FOTOLAR
Şahmat üzrə respublika birinciliyi başa çatdı - FOTO
Cüdo üzrə respublika birinciliyinin qalibləri mükafatlandırıldı - FOTO
Təhsil Nazirliyindən "Şahmat" fənninin tədrisi ilə bağlı açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər