reklam
Luiz Adriano
Sportfm.az xəbər saytı

Luiz Adriano "Şaxtyor"la məhkəmədən qalib çıxdı


Moskva "Spartak"ının hücumçusu Luiz Adriano "Şaxtyor"la məhkəmə işində qalib gəlib.

Sportfm.az xəbər verir ki, braziliyalı forvard "Milan"a transfer olunmazdan öncə (2015) Donetsk klubunun ona borclu olduğunu iddia edirdi. "Milan" və "Şaxtyor" arasında gedən danışıqlar zamanı Adriano klubunun icazəsi əsasında Braziliyada idi. Transfer həll olunandan sonra "mədənçilər" məşqlərdə iştirak etmədiyinə görə ona ödənişi tam həyata keçirməmişdi. İdman Arbitraj Məhkəməsi (CAS) nəinki bu pulu, hətta Braziliya və Ukrayna arasında futbolçunun uçuş xərcini "Şaxtyor"un ödəməli olduğu barədə qərar çıxarıb.

Luiz Adriano 2007-15-ci illərdə Donetsk klubunda forma geyinib. O, 266 oyuna 128 qol vurub.

Oxşar xəbərlər

"Şaxtyor"da yeni müqavilə
"Şaxtyor" yarımmüdafiəçisini 100 milyona satır
Ukrayna "Şaxtyor"u "Qəbələ"nin futbolçusunu transfer etdi
Braziliya millisinin üzvü "Spartak"da
Adriano “Beşiktaş”da nə qədər maaş alacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər