reklam
Şəmkirdə komandanı 8 nəfərlə meydana çıxmağa məcbur etdilər! -
Sportfm.az xəbər saytı

Şəmkirdə komandanı 8 nəfərlə meydana çıxmağa məcbur etdilər! -RƏZALƏT


Fotoda solda 8 nəfərlə meydana çıxan "Dəllər" komandasıdır

Azərbaycan futbolu qəribəliklərlə doludur. Reklam löhvəsinə vurulan topun qol sayılması, “lipa”ların özündən kiçiklərlə oynaması, penalti qərarının dəyişdirilməsi və s. ölkəmizin yaşıl meydanlarında daim rast gəlinən hadisələrdi. Bu dəfə siyahıya Azərbaycan futbolunun icad etdiyi daha bir “yenilik” əlavə edilib.
Sportfm.az saytına daxil olan məlumata görə, olay futbol üzrə Şəmkir rayon birinciliyində baş verib. Yarışda iştirak edən kollektivlərdən birinin 3 üzvü digər komandanın heyətinə cəlb edilib. “Dəllər”də iki qarşılaşmada meydana çıxan yeni oyunçular böyük hesablı qələbələrə töhfə verib. Birincilik uğrunda üçüncü görüş ərəfəsində isə təşkilatçılar həmin oyunçuları meydançaya buraxmayıb. Onların qarşısına şərt qoyulub ki, oynamasanız məğlubiyyət veriləcək. Nəticədə komanda 8 nəfərlə mübarizə aparıb. Və təbii ki, məğlub olub. Kollektivi çalışdıran Elnur Qurbanov bu biabırçılığın aradan qaldırılmasını və görüşün yenidən keçirilməsini istəyir:”Komandamız güclü olduğu üçün bizə əngəl törədirlər. Bu oyunçular əvvəlki matçlarda meydana çıxıb, qol vurub. İndi deyirlər ki, olmaz. Əsasnamədə belə şey yoxdur!”.
Qeyd edək ki, “Qılıncbəy”lə görüşdə 8 nəfərlə çıxış edən “Dəllər” 1-3 hesabı ilə məğlub olub.

 

Oxşar xəbərlər

Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
"Səbail"in futbolçusundan tarixi rekord - Ən çox matç keçirən
9 nəfərlə meydana çıxdılar, matç 9 dəqiqə davam etdi
105 yaşlı klub dağıldı
"Nur" qələbələri sıralayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər