Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
105 yaşlı klub dağıldı
İtaliyanın köklü klublarından olan “Modena” müflis olub.
Sportfm.az saytı xəbər verir ki, vaxtilə A seriyasında çıxış etmiş komanda C seriyasında mübarizə aparırdı. Ancaq müflis olan klub C seriyasından da qovulub.
105 yaşlı komandanı satmaq cəhdləri iflasa uğrayıb. Məvaciblər verilmədiyi üçün futbolçular meydana çıxmaqdan imtina ediblər. 3 qarşılaşmada meydana çıxmayan “Modena”ya texniki məğlubiyyət verilib.
Futbolçular “Santarkancelo” ilə oyunda da meydana çıxmayıblar. Beləliklə, komanda 4-cü dəfə texniki məğlubiyyət alıb. Qaydalara görə, 4 texniki məğlubiyyət alan klub C seriyasından qovulur.
Komandanın bu mövsüm keçirdiyi bütün oyunların nəticələri ləğv olunub. “Modena” 13 mövsüm A seriyasında çıxış edib.
Oxşar xəbərlər
UEFA yığmamıza texniki məğlubiyyət verdi
2 komandaya texniki məğlubiyyət verildi - QƏRAR
A Seriyası təmsilçisinə texniki məğlubiyyət
İki komandaya texniki məğlubiyyət verildi
6 komandaya texniki məğlubiyyət verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası