reklam
Ramil Quliyev:
Sportfm.az xəbər saytı

Ramil Quliyev: "Atatürk oyandı" desələr, İstanbuldan Ankaraya bir saata qaçaram"


Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Mustafa Kamal Atatürkün vəfatının 79-cu il dönümü ilə əlaqədar paylaşım edib.

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, 27 yaşlı sprinter 10 noyabrda dünyasını dəyişən Türkiyə Cumhuriyyətinin qurucusuna "Twitter" hesabı vasitəsi ilə ehtiramını göstərib.

"Atatürk oyandı desələr, İstanbuldan Ankaraya bir saata qaçaram", - deyə R.Quliyev yazıb.
Qeyd edək ki, Ramil Quliyev bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, həmin çempionluqdan sonra "Twitter"də "Mən türkəm, Atatürkün övladıyam" yazıb.

Oxşar xəbərlər

Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazandı
Quliyev Polşada bürünc medal qazandı
Ramil Quliyev Avropa çempionu oldu
Ramil Quliyev Oslonu "fəth etdi"
Quliyev Avropanın ən yaxşı kişi atletləri arasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər