Şenol Günəş "Qarabağ" - "Çelsi" oyununa gəlir
Ötən gecə Türkiyə çempionu "Beşiktaş"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Portu" klubu ilə ev oyunu zamanı Bakı Olimpiya Stadionunda İstanbul klubununun ağ-qara rənglərinin işıqlandırıldığını xəbər vermişdik.
Sportfm.az saytı xəbər verir ki, matç zamanı arenanın bayır divarlarından "Come to Beşiktaş" yazısı da qeyd olunmuşdu.
Bu barədə məlumat qardaş ölkə mətbuatında da işıqlandırılıb. Bu cür dəstək "Beşiktaş" tərəfindən cavabsız qalmayıb. Belə ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş həm BOS-un ağ-qara rənglərə boyanması, həm də buradakı "Beşiktaş" tərəfdarlarına təşəkkür etmək üçün Azərbaycana gəlir. Bu barədə məlumatı "Hürriyet" qəzeti yayıb.
"Beşiktaş"ın çalışdırıcısı bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İngiltərənin "Çelsi" klubu arasında məhz BOS-da keçiriləcək oyunu da canlı izləyəcək.
Oxşar xəbərlər
Şenol Günəş istefa verdi
Gözlənilən ayrılıq baş verdi - Şenol Günəş "Beşiktaş"dan ayrıldı
“Qarabağ”dan "Beşiktaş" açıqlaması - RƏSMİ
Türkiyə klubu azarkeşlərinə rəsmən qadağa qoydu
“Beşiktaş” Azərbaycana gəlir? - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası