Futbolçunu döyən ukraynalını “Keşlə”yə kim sırımaq istəyir? -YAZI
Almanlar necə revanş almaq istəyir?
Qurban Qurbanovun timsalında yerli məşqçilərə üstünlük verilməsini Azərbaycan futbolunun son trendi kimi qəbul etmək olar. Bəs, necə oldu ki, bir müddət öncə bu trendə ayaq uyduran, gürcü çalışdırıcı Zaur Svanadze ilə yollarını ayırıb, baş məşqçi postuna Ramiz Məmmədovu gətirən “Keşlə”nin yenidən əcnəbi mütəxəssislə anlaşacağı xəbərləri ortaya çıxdı? Söhbət komandanın ukraynalı Yuri Maksimovla gizli danışıqlar aparmasından gedir. Əslində bir xarici mütəxəsissin Azərbaycan klubuna baş məşqçi gəlməyində mənfi heç nə yoxdu, amma söhbət keçmiş “İnter”dən gedirsə, əcnəbinin təyinatı fərqli çalar alır. Əgər Y.Maksimov “Keşlə”yə gələrsə, onda bir vaxtlar “İnter”in sabiq prezidenti Cahangir Hacıyevin “nə qədər ki, mən varam, klubda azərbaycanlı baş məşqçi işləməyəcək” siyasəti klubda davam etdiriləcək.
Əslində bu məsələnin başqa bir üzü də var. Görünən odur ki, Y.Maksimovu ortaya çıxaranlar yenə də paytaxt klubuna müdaxilə etməyi planlaşdırır. Məntiqə sığmayan elə bu məqamdı. Necə olur ki, “Keşlə”nin prezidenti Z.Axundov 7-8 ay bundan əvvəl klubu alman bankir Y.Enqbrext və onun əlaltısı, klubun keçmiş koordinatoru Peter Noyştedterin pəncələrindən qurtarmaq üçün xeyli səy göstərdi, bu gün isə hər iki almanla əlaqəsi olan Y. Maksimovu “Keşlə”yə gətirir? Bu heç inandırıcı deyil. Demək ki, Maksimovun Bakıya gəlişi Z.Axundovun təşəbbüsü ilə reallaşmayıb. Görünən budur ki, ortada Y.Maksimovu “Keşlə”yə sırımaq istəyən biriləri var. Bu həmin şəxslərdi ki, bağlantıları Rusiyadan Türkiyəyə, Azərbaycandan Qazaxıstana qədər uzanır. Onlar Rusiyadan qovulanda, Türkiyədə, Azərbaycandan qovulanda Qazaxıstanda, Qazaxıstandan qovulanda Azərbaycanda lövbər salırlar. Necə ki, Kaxaber Sxadadze və Peter Noyştedter “İnter”dən gedəndən sonra Qazaxıstanda peyda oldular, o cür də Maksimov Qazaxıstanın “Taraz” klubundan qovulub indi də Azərbaycanda yerləşməyə çalışır. Maraqlısı budur ki, bunlar getdikləri hər yerdə qısa müddət ərzində böyük problemlərə səbəb olur. Onların adları daima qalmaqal, kriminal, oyun alqı-satqısı, dələduzluq kimi əməllərdə hallanır. Məsələn, P.Noyştedter “Kayrat”da çalışdığı dövrdə içkili vəziyyətdə avtomobillə adam vurmuşdu, Y.Enqbrextin adı isə valyuta qalmaqalında hallanırdı. Yuri Maksimova gəlincə isə, o da havadarlarından geri qalmır. Qazaxıstanın “Taraz” klubunda baş məşqçi işlədiyi dövrdə komandanın futbolçusu Aleksandr Əliyevi yumruqlayaraq döyən məhz Maksimov olub. O hadisədən sonra əsəblərini cilovlaya bilməyən ukraynalı işsiz qalıb.
İmdad Adiloğlu
Oxşar xəbərlər
"Keşlə" Yuri Maksimovla müqavilə müddətini uzadacaqmı?
Yuri Maksimov "Keşlə"dən getdi?
Maksimovun inadı Axundovu necə xərcə salır? - ÖZƏL
Yuri Maksimovun köməkçiləri müəyyənləşdi
Maksimovun təyinatı rəsmiləşdi - Məmmədov əvvəlki postuna qaytarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası