Şəhriyar Məmmədyarovdan tarixi göstərici
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, dekabr üçün müəyyənləşən kişi şahmatçıların reytinqi Azərbaycan üçün tarixi nailiyyətlə əlamətdar olub.
Belə ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov müstəqillik tariximizdə ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeyster 2799 xalla Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyanı (Ermənistan, 2805) izləyir.
Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb.
Qadınların "Top-100"ünə isə yığmamızın 2 üzvü düşüb. 2 pillə irəliləyən Ülviyyə Fətəliyeva (2381) 77-ci, yenidən güclülər sırasına qayıdan Zeynəb Məmmədyarova (2363) isə 96-cıdır. Bu şahmatçılarla müqayisədə Günay Məmmədzadə və Gülnar Məmmədova "Top-100"ü tərk ediblər. Bu siyahıda 2680 xalla çinli Yifan Hou birincidir.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov "TOP-10"da - FIDE reytinqi
Reytinq cədvəli açıqlandı, Şəhriyar gerilədi
Şəhriyar Məmmədyarovun mövqeyi dəyişdi
Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında üçüncü yerə yüksəlib
Şəhriyar Məmmədyarov FİDE reytinqdə 4-cü pilləyə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








.jpg)






Misli Premyer Liqası