reklam
Sportfm.az xəbər saytı

"Neftçi"ni kimlər tərk edir? -onlar hansı klublara keçəcək?


"Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli "Səbail"ə icarəyə verilib.

Sportfm.az xəbər verir ki, klubun Media və Marketinq Departamentinin rəhbəri Anar Şabanoğlu 24 yaşlı yarımmüdafiəçinin keçidinin artıq həll olunduğunu bildirib. O, Fəhminin icarəsinin gələn həftə rəsmiləşəcəyini bildirib: "Digər futbolçularımızdan çexiyalı müdafiəçi Pavel Dreksanın icarə müqaviləsinin müddəti bitdi və o, artıq gedib. Yarımmüdafiəçi Tərzin Cahangirov, legionerlərdən xorvatiyalı sol cinah müdafiəçisi Mateo Mujekin, eləcə də Daniel Seqoviyanın müqavilələrinə xitam verilməsi üçün danışıqlar aparılır. Bu, gənc müdafiəçilərimiz Rahil Məmmədovla Məqsəd İsayevə də aiddi. Ola bilər ki, onlar icarəyə verilsin. Belə ki, Rahillə "Səbail" və "Sabah", Məqsədlə isə "Keşlə" maraqlanır. Bu klub Tərzini də heyətində görmək istəyir. Mujekin isə Qazaxıstan variantı var".

"Ağ-qaralar"ın ehtiyatda qalan milliləşdirilən gənc qapıçısı Maksim Vaylonun da gedişi gündəmdədi. Şabanoğlunu dinləyək: "Vaylonu Birinci Divizion təmsilçimiz "Sabah" istəyir, Onun həmçinin Ukrayna variantı var. "Sabah" Rahillə bağlı da bizə rəsmi təklif göndərib".(sport24.az)


 

Oxşar xəbərlər

"Sabah" klubu 9 futbolçu ilə müqavilə bağladı - RƏSMİ
"Neftçi"yə çatacaq pulun həcmi məlum oldu
Tərlan Əhmədov daha üç futbolçunu göndərir
"Neftçi" qışda 7 futbolçu ilə yollarını ayıracaq
“Neftçi”dən göndəriləcək futbolçuların adları müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər