reklam
“Neftçi”dən göndəriləcək futbolçuların adları müəyyənləşdi
Sportfm.az xəbər saytı

“Neftçi”dən göndəriləcək futbolçuların adları müəyyənləşdi


Paytaxtın “Neftçi” klubu qış fasiləsi zamanı heyətində islahatlar aparacaq.

Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov artıq komandadan göndərəcəyi futbolçuları müəyyənləşdirib.

Pavel Dreksanın başa çatmaq üzrə olan icarə müqaviləsi yenilənməyəcək. Xorvatiyalı müdafiəçi Mateo Mujekin komandadan gedəcəyi demək olar ki, dəqiqləşib.

Bundan başqa, “ağ-qaralar”ın sıralarını bir neçə yerli futbolçu da tərk edəcək. Böyük ehtimalla əsas heyətə düşməkdə çətinlik çəkən Fəhmin Muradbəyli və Məqsəd İsayev yeni futbol ilində başqa komandanın şərəfini qoruyacaqlar.(futbol11.az)

Qeyd edək ki, Muradbəyli ilə İsayev “Neftçi”nin yetirməsidir.

Oxşar xəbərlər

Fəhmin Muradbəyli klubsuz qaldı
Fəhmin Muradbəyli "yuvaya" döndü - Transfer
Tərlan Əhmədov daha üç futbolçunu göndərir
"Neftçi" qışda 7 futbolçu ilə yollarını ayıracaq
"Neftçi"ni kimlər tərk edir? - onlar hansı klublara keçəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər