Polis millimizin üzvlərini saxladı -Azərbaycanda
Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sportfm.az xəbər verir ki, bu haqda Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev özünün Feysbuk səhifəsində məlumat verib.
Bildirilib ki, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.
“Məlumat üçün bildirmək istəyirəm ki, məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.
Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?” – deyə P.Musayev yazıb.
Oxşar xəbərlər
İsmayıllıda federasiyanın filialı açıldı - FOTO
İdman naziri Velotrekə gəldi - Tanışlıq
“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
YPX velosipedlərlə bağlı qərar verdi
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası