reklam
YPX velosipedlərlə bağlı qərar verdi
Sportfm.az xəbər saytı

YPX velosipedlərlə bağlı qərar verdi


Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvlərinin polis tərəfindən saxlanıldığı barədə məlumat vermişdik.

Sportfm.az xəbər verir ki, velosipedçilər buraxılsa da, velosipedlər cərimə meydançasında saxlanılmışdı.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “facebook” hesabında velosipedlərin qaytarıldığını bildirib. O, velosipedlərin dünən saz vəziyyətdə federasyaya verildiyini qeyd edib.

Xatırladaq ki, dünən səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılmış, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılmışdı.

Oxşar xəbərlər

YPX yığmamızın idmançısını cərimələdi
Azərbaycanın klubu fəaliyyətini dayandırdı - FOTO
"Yol polisinin velosipedi "cərimə meydançası"na aparması düzgün deyil" - hadisə ilə bağlı ekspertin açıqlaması
Polis millimizin üzvlərini saxladı - Azərbaycanda
“Gənc Velosipedçilər” İctimai Birliyi fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər