Londonlular 5 dəqiqəyə 3 qol vuraraq "Liverpul"la xalları yarı böldü -VİDEO
"Arsenal" və "Liverpul" futbol üzrə İngiltərə çempionatının 19-cu turunda heç-heçə edib.
Sportfm.az xəbər verir ki, Londonun "Emireyts - Eşberton Qrouv" stadionunda keçirilən matç 3:3 hesabı ilə yekunlaşıb.
"Mersisaydlılar" son dörd tur ərzində üçüncü dəfə meydanı bərabərliklə tərk ediblər.
Matçın yarım saatı tamam olmamış Filippe Koutinyo hesabı açıb. 52-ci dəqiqədə Məhəmməd Salah fərqi iki topa çatdırıb. 2:0 hesabı ilə məğlub duruma düşən ev sahibləri 53 və 58-ci dəqiqələr aralığında üç qol vurublar: Aleksis Sançes, Qranit Caka və Məsut Özil fərqləniblər. İkinci hissənin ortalarında Roberto Firmino hesabı bərabərləşdirib.
"Liverpul" 35 xal ilə turnir cədvəlində 4-cü yeri tutur, "Arsenal" isə (34 xal) beşincidir.
İngiltərə - Premyer Liqası. 19-cu tur
"Arsenal" – "Liverpul" - 3:3
0:1 – Koutinyo – 26, 0:2 – Salah – 52, 1:2 – Sançes – 53, 2:2 – Caka – 56, 3:2 – Özil – 58, 3:3 – Firmino – 71
Oxşar xəbərlər
“Nyukasl” “Vulverhempton”a qarşı - Premyer Liqa
“Arsenal” “Lids” səfərində - AFİŞA
“Uotford” “Liverpul”a, “Brentford” “Çelsi”yə qarşı - AFİŞA
"Çelsi" və "Liverpul"dan böyükhesablı qələbə - İngiltərə Premyer Liqası
"Liverpul" vahid lider oldu - İngiltərə Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Tennisçilərimiz Latviyaya yollandı
-
MOİK-dən inamlı qələbə - I Liqa















Misli Premyer Liqası