"Qəbələ" Mahir Mədətovun üzr istəməsini tələb edir -Bəyanat
"Qəbələ" futbol klubu "Qarabağ"ın futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb.
Sportfm.az saytı həmin bəyanatı sizlərə təqdim edir: 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişi yayımlanmışdır. Verilişin qonaqlarından biri milli komandamızın və “Qarabağ” Futbol Klubunun üzvü Mahir Mədətov olmuşdur. M.Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandamızın baş məşqçisi və futbolçular arasında olan dialoqu seçmiş və özünəməxsus şəkildə təqdim etmişdir. “Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, “Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik.
Oxşar xəbərlər
Mahir Əmrəli artıq tək deyil...
Mahir Mədətov "Qəbələ"ni qıcıqlandıran çıxışından danışdı - Həqiqətdir
Mahir Mədətov Qriqorçuku belə parodiya etdi - VİDEO
Mahir Mədətov “Beşiktaş”la müqavilə imzaladı
"Qəbələ"dən bəyanat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası