reklam
Mahir Şükürov azərbaycanlı futbolçulara söz atdı
Sportfm.az xəbər saytı

Mahir Şükürov azərbaycanlı futbolçulara söz atdı


Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürov forma kolleksiyasını təqdim edib.

Sportfm.az xəbər verir ki, bu yaxınlarda karyerasını bitirən Şükürov oyunlardan sonra ulduz futbolçuların ona verdikləri formalarla birlikdə şəkil çəkdirib.

Bunu şəxsi instaqram səhifəsində paylaşan 36 yaşlı keçmiş futbolçu maraqlı status da yazıb. Eden Azar, Kriştianu Ronaldo, Filip Koutinyo, Nuri Şahin kimi dünya ulduzlarının formasını nümayiş etdirən Şükürov özünü Azərbaycanın ən güclü futbolçusu kimi qələmə verməkdən də çəkinməyib. 
Belə ki, o, "Azərbaycanda dəyişə biləcəyiniz tək futbolçu ilə köynəyinizi dəyişdiniz" yazaraq, yerli oyunçulara söz atıb. 
Qeyd edək ki, karyerası ərzində tez-tez klub dəyişməklə məşhur olan Mahir Şükürov Azərbaycan millisinin heyətində 76 oyunda meydana çıxıb, 4 qola imza atıb(apasport.az).

Oxşar xəbərlər

Ulduz futbolçu karyerasını bitirir - 32 yaşında
"Azərbaycan millisinin futbolçusu yoldan keçən kimi görünür" - MƏTBUAT
Mahir Emreli Vətənə qayıtdı - FOTO
Ronaldo “Ginnesin rekordlar kitabı”na düşdü - Azərbaycanlı oyunçunu keçdi
43 yaşında futbola qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər