reklam
Çempionlar Liqasında ilk mərhələ adlayan komandalar bəlli oldu
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında ilk mərhələ adlayan komandalar bəlli oldu


Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sportfm.az saytının məlumatına görə, qitənin ən zəif 8 çempionundan 6-sı meydana çıxıb. Baş tutan oyunlardan sonra Uels təmsilçisi TNS, Malta klubu "Valetta" və Ermənistan "Alaşkert"i növbəti mərhələyə yüksəliblər.
 
Qeyd edək ki, I təsnifat mərhələsinin son oyunu 6 iyul keçiriləcək. Həmin gün "Linkoln” (Cəbəllütariq) və ”Flora” (Estoniya) komandaları üz-üzə gələcək.
 
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
5 iyul
 
"Alaskert” (Ermənistan) - "Santa Koloma” (Andorra) - 3:0
Qollar: Minasyan, 12, Gözəlyan, 84, Yedigaryan, 88
İlk oyun - 0:0
 
"Torshavn” (Farer adaları) - "Valletta” (Malta) - 2:1
Qollar: Torleyfson, 11, Aqnarsson, 66 - Falkone, 24
İlk oyun - 0:1
 
"Tre Penne” (San-Marino) - TNS (Uels) - 0:3
Qollar: Giqli, 45, Edvard, 47, Draper, 90
İlk oyun - 1:2

Oxşar xəbərlər

Çempionlar Liqasında cavab oyunları baş tutacaq
Çempionlar Liqasına Ermənistanda start veriləcək
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Çempionlar Liqasında ikinci mərhələnin bütün cütlükləri müəyyənləşdi
Çempionlar Liqasında ilk oyunlar keçirildi - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər