reklam
Çempionlar Liqasında ikinci mərhələnin bütün cütlükləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında ikinci mərhələnin bütün cütlükləri müəyyənləşdi


6 iyul tarixində keçirilən "Linkoln” (Cəbəllütariq) – "Flora” (Estoniya) (2:0) oyunu ilə Çempionlar Liqası II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dörd komandanın ikinci mərhələyə yüksəlməsi ilə barəbarə gözləyən komandaların rəqibləri bəlli olub.
 
Beləliklə, ikinci təsnifat mərhələsində "Seltik” (Şotlandiya) Cəbəllütariqin "Linkoln” komandası ilə qarşılaşacaq.
 
Kiprin APOEL klubunun rəqibi isə Uels təmsilçisi TNS olub.
 
Üçüncü mərhələyə çıxmaq üçün "Srvena Zvezda” (Serbiya) "Torşvan”ı (Farer Adaları) yolundan kənarlaşdırmalıdır.
 
Öz növbəsində "Dinamo” (Tiflis) isə "Alaşkert”lə (Ermənistan) münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Çempionlar Liqasının I və II mərhələsinin püşkatması iyunun 20-sində Nyonda atılmışdı.

Oxşar xəbərlər

1-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Çempionlar Liqası: İlk mərhələni keçən son komanda bəlli oldu
Çempionlar Liqasında ilk mərhələ adlayan komandalar bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər