reklam
Çexiya klubunda daha bir azərbaycanlı -
Sportfm.az xəbər saytı

Çexiya klubunda daha bir azərbaycanlı -FOTO


Daha bir azərbaycanlı futbolçu Çexiyanın “Slaviya” klubunun düşərgəsinə baxışa yollanıb.

Sportfm.az xəbər verir ki, söhbət “Qəbələ” Futbol Akademiyasının yetirməsi, U-17 millimizin yarımmüdafiəçisi Samir Qurbanovdan gedir. Sözügedən futbolçu hətta Praqa təmsilçisinin U-21 komandasının “Humpoleç”ə qarşı keçirdiyi yoxlama oyununda da qüvvəsini sınayıb. 

2001-ci il təvəllüdlü futbolçu “Slaviya”nın 6:0 hesabıyla qalib gəldiyi oyuna start heyətdə başlayıb. Lakin o, fasilədə əvəzlənib.

Qeyd edək ki, bu oyunda “Slaviya”nın azərbaycanlı futbolçusu Fərid Nəbiyev də iştirak edib. Ötən ildən Praqa klubunun şərəfini qoruyan futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Onu da xatırladaq ki, “Slaviya” yanvar ayının əvvəlindən “Qəbələ” Futbol Akademiyasının daha iki üzvünü – Amin Seydiyevlə Rövlan Muradovu da sınaqdan keçirirdi. Hələlik, həm bu iki oyunçu, həm də Samir Qurbanovla bağlı yekun qərarın necə olacağı müəyyənləşməyib.(sport24.az)

Oxşar xəbərlər

Fərid Nəbiyev Çexiyada meydana çıxdı
Fərid Nəbiyev “Slaviya”dan getdi
Azərbaycanlı futbolçu Çexiya klubuna qələbə qazandırdı - FOTO
Çexiya klubu iki azərbaycanlı futbolçunu baxışa çağırdı - FOTO
"Slaviya" Praqa 19 yaşlı azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər