reklam
Sadıq Sadıqov:
Sportfm.az xəbər saytı

Sadıq Sadıqov:"Neftçi" super idi


Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib. 

Sportfm.az xəbər verir ki, tədbirdən sonra Cüdo Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Federasiya rəsmisi qarşıda duran əsas vəzifənin Bakıda keçiriləcək Dünya Çempionatına hazırlıq olacağını bildirib. Vaxtilə "Neftçi"nin prezidenti olan Sadıq Sadıqov klubun son çıxışı haqqında fikirlərini də söyləyib:"Kamran Quliyev Azərbaycan futbolunda tanınmış şəxslərdən biridir. Komandaya bizim dönəmimdə çalışan Tərlan Əhmədov rəhbərlik edir. Mən komandaya vaxt lazım olduğunu dəfələrlə demişəm. İnanıram ki, klub bu mövsüm Avroliqaya vəsiqə qazanacaq. Çünki vaxt yetişib. Mən yeni prezidentə heç bir məsləhət verə bilmərəm. Məsləhət vermək bizlik deyil. O öz işini məndən də yaxşı bilir. Biz ancaq arzumuzu çatdıra bilərik. Komandanın "Qarabağ"la keçirdiyi son matçı izlədim. "Neftçi" super idi"

Sadıqov son olaraq Böyükağa Hacıyevin durumu ilə də maraqlandığını deyib:"Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Onun vəziyyəti hazırda yaxşı deyil. O xəstəlik uzun müddət müalicəyə ehtiyacı olan bir xəstəlikdir. Biz ona şəfa diləyirik. Böyükağa müəllimin ailəsi ilə, oğlu ilə da daim əlaqə saxlayırıq. Onlarla çox yaxın münasibətimiz var. Ona uzun ömür can sağlığı arzulayaq.”
Qeyd edək ki, "Neftçi" son dəfə məhz Sadıq Sadıqovun prezidentliyi dönəmində ölkə çempionatının qızıl medallarını qazanıb. 

Oxşar xəbərlər

Sadıq Sadıqov "Neftçi" rəhbərliyinə cavab verdi - AÇIQLAMA
Federasiyanın vitse-prezidenti təltif olundu
"Böyükağa Hacıyevin nə sözü, nə də futbolu şablon olub" - Sadıq Sadıqov
"Böyükağa Hacıyevin səhhətində heç bir dəyişiklik yoxdur" - Vaqif Sadıqov
Böyükağa Hacıyevin səhhətindən xəbər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər