reklam
UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atıldı
Sportfm.az xəbər saytı

UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atıldı


Martın 16-da UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib. Püşkatmada üç ispan, iki ingilis, iki italyan və bir alman klubu vəsiqə qazanıblar. Püşkü Çempionlar Liqasının final matçının səfiri Andrey Şevçenko çəkib.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Barselona” (İspaniya) - “Roma” (İtaliya)

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

İlk oyunlar aprelin 3-4, cavab qarşılaşmaları isə aprelin 10-11 olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-cü İsveçrənin Nyon şəhərində keçiriləcək.

Oxşar xəbərlər

ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında həlledici gün
Şevçenko və Abidal kimləri bir-birinə rəqib edəcək?
Avropa Liqasının püşkatması başa çatdı: “Milan”-“Arsenal”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər