"Bakıda və Kanadada buna bənzər nə isə edəcəyik"
Ötən bazar günü Formula 1 Avstraliya Qran-Prisinə 94. 500-dən çox tamaşaçı qatılıb, amma yürüş çoxlarına darıxdırıcı görünüb.
Sportfm.az xəbər verir ki, “Australian Grand Prix Corporation” korporasiyasının icraçı direktoru Endrü Uestakott trasın konfiqurasiyasının dəyişdirilməsini Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə müzakirə etməyə hazırdır.
E.Uestakott deyib: “Trasın yerini dəyişdirmək asan iş deyildir, çünki o, çoxsaylı idman obyektləri ilə yanaşı gölün sahilində yerləşir. Bu baxımdan hər şey əvvəlki kimi qalır.
Amma biz FIA və Formula 1 ilə əməkdaşlıq etməyə həmişə hazırıq. Təkliflər olsa, onları nəzərdən keçirəcəyik. Biz öz öhdəliklərimizi həmişə səylə yerinə yetiririk, bütün yaxşı və pis cəhətləri təhlil edirik. Məsələn, biz 11-ci döngədən 12-ci döngəyə keçidi dəyişdirmək təklifini nəzərdən keçirmişik, amma nəticədə bu təklifdən imtina etmək qərarına gəlmişik.
Bütün həftə Formula-1 rəhbərliyi ilə danışıqlar aparmışıq. Onlar mövsümün birinci yürüşünü Avstraliyada keçirməyə şaddırlar, bizim standartlarımızdan və innovasiyalarımızdan razıdırlar”.
Yürüşün direktoru Çarli Uaytinq bildirib ki, daha əvvəl Albert-parkda trasın konfiqurasiyasını dəyişdirmək cəhdləri olub. O deyib: “Biz Albert-parkda trasın konfiqurasiyasının dəyişdirilməsini Avstraliya Qran Prisinin təşkilatçıları ilə artıq müzakirə etmişik. Belə bir layihə var, amma onun hansı mərhələdə olduğunu bilmirəm. Biz yürüşü xeyli dərəcədə daha maraqlı etmək istəyirik. Üçüncü zona - DRS məhz buna görə yaradılıb. Biz Bəhreyndə və ola bilsin, Bakıda və Kanadada buna bənzər nə isə edəcəyik. İndi biz məhz həmin yürüşlər barədə düşünürük”.
Oxşar xəbərlər
Braziliyalılar Rio-de-Janeyroda trasın tikintisinə qarşıdır - Formula 1
Azərbaycan Formula-1-dən imtina etdi
Mayamidə Formula 1 yürüşü ilə bağlı ictimai dinləmələr keçirildi
Formula 1 Almaniya Qran-Prisi təqvimə qayıdacaq
Roman Qrojan: Ümidvaram ki, Bakıda bütün işlərimiz qaydasında olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası