"Bavariya" və "Real" yarımfinala çox yaxındı
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə hər iki qarşılaşma qonaqların qələbəsi ilə və 3 qolla yekunlaşıb.
İtaliyada üz-üzə gələn ötənilki finalçılar "Yuventus"la İspaniya "Real"ı arasındakı qarşılaşmada yenə böyük hesab qeydə alınıb. Amma bu dəfə "kral klubu" 4:1 yox, 3:0 hesabı ilə qalib gəlib. Qollardan 2-ni Kriştianu Ronaldu, digərini isə Marselo vurub. "Qoca Sinyora"dan isə Paulo Dibala iki dəfə sarı vərəqə alaraq, meydandan qovulub.
İspaniyanın digər təmsiçisi "Sevilya" isə evdə Almaniya "Bavariya"sına uduzub. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 2 dəfə fərqlənərək, qələbəyə nail olublar.
Bununla da aprelin 11-də keçiriləcək cavab görüşləri böyük ölçüdə formallığa çevrilib.
Qeyd edək ki, 1/4 final mərhələsinin daha 2 ilk oyunu bu gün keçiriləcək. İspaniyada "Barselona" İtaliya "Roma"sını, İngiltərədə isə "Liverpul" "Mançester Siti"ni sınağa çəkəcək.
Oxşar xəbərlər
"Mançester Siti" "Bavariya"ya, "Benfika" "İnter"ə qarşı - YENİLƏNİR
"Real" "Çelsi"ni məğlub etdi, "Bavariya" uduzdu - Çempionlar Liqası
"Barselona" "Napoli"yə qarşı, "Çelsi" ilə "Bavariya" üz-üzə - Çempionlar Liqası
ÇL: Sevilyada səssizlik, Xarkovda əzmkar qələbə
Çempionlar Liqası: Londonda iki qol, Almaniyada darmadağın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
Daha bir boksçumuz Avropa çempionudur
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı
-
“Kür” növbəti mərhələyə vəsiqə qazandı - EHF Avropa Kuboku















Misli Premyer Liqası