reklam
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi
Sportfm.az xəbər saytı

Heydərov Avropa çempionatında yarımfinala yüksəldi


Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Sportfm.az xəbər verir ki, 21 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Heydərov ardıcıl olaraq, ukraynalı Dmitri Kanivetsi vazaari ilə, isveçrəli Nils Stamp və kosovolu Akil Qyakovanı ipponla yenib. Heydərovun yarımfinaldakı rəqibi belaruslu Vadim Şoka olacaq.

Eyni çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov isə yarışa moldovalı İon Naku üzərində qələbə ilə başlasa da, 1/8 finalda ukraynalı Artem Xomulaya uduzaraq mübarizəni dayandırıb. 

Avropa çempionatı

27 aprel

73 kq

1/8 final. Rüstəm Orucov - Artem Xomula (Ukrayna)

1/16 final. Rüstəm Orucov - İon Naku (Moldova)

1/4 final. Hidayət Heydərov - Akil Qyakova (Kosova)

1/8 final. Hidayət Heydərov - Nils Stamp (İsveçrə)

1/16 final. Hidayət Heydərov - Dmitri Kanivets (Ukrayna)
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 3 kişi və 6 qadın cüdoçusundan heç biri mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəki dərəcəsində Orxan Səfərov 5-ci, Nicat Şıxəlizadə 7-ci yeri tutub. Yığmanın qalan üzvləri ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

Oxşar xəbərlər

Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Hidayət Heydərov Avropa çempionu oldu - Rüstəm Orucovdan bürünc medal
Heydərov finalda, Orucov bürünc medal görüşünə çıxacaq - Avropa çempionatı
Hidayət Heydərov Rüstəm Orucova qalib gəldi
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər