Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Avropa üçüncüsü oldu
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
Sportfm.az xəbər verir ki, çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) qazandırıb.
Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.
Oxşar xəbərlər
Yığmamız Avropa üçüncüsü oldu
Güləşçilərimiz Avropa çempionatında ikinci oldu - FOTO
Hərbçilərin Dünya çempionatından 11 medal
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası