"Siyasəti idmana qarışdırmaq olmaz" -İlkay Gündoğan
Manchester City və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan bir neçə gün öncə Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətini qəbul edib onunla görüşməsi birmənalı qarşılanmamışdı.
Almaniya Futbol İttifaqı onun və Mesut Özilin görüşə getməsindən narazı qalmışdı.
Sportfm.az xəbər verir ki, Gündoğan bununla bağlı İnstagram hesabında paylaşım edib.
"Almaniya Fytbol İttifaqı ilə görüşmək üçün Dubayda keçirdiyim məzuniyyəti yarıda kəsdim. Bu gün federal prezident Frank-Valter Ştaynmayerlə görüşmək mənə nəsib olduğu üçün şadam. Ona dedim ki, Almaniya və ölkənin milli komandasına sadiqəm. Amma mən türk mənşəliyəm. Düzü, valideynlərimin doğma vətəni, kəndini sevməsinə hörmət edirəm. Həmin kənddə, hələ də mənim babam və nənəm yaşayır. Ailəm üçün ora Qerzenkirxendən sonra ikinci evdir.
Hərəkətlərimin tənqidini anlayıram. Lakin alman dəyərlərinə hörmət etməməyim barədə ittihamlara mənə pis təsir etdi. Mən Almaniya vətəndaşıyam, milli himni oxuyuram. Daha vacib olan övladlarımın bu ölkədə yaşamasıdır. Xahiş edirəm, bu mövzu ilə əlaqədar şərh vermək istəmədiyimi anlayışla qarşılayın. İndi əsas diqqəti futbola yönəltmək lazımdır. Siyasəti idmana qarışdırmaq olmaz. Əsas məsələ dünya çempionatında qələbədir" - futbolçu yazıb.
Oxşar xəbərlər
Türk futbolçular nədən qorxdular?
Almaniyada daha bir skandal - Mesut Özildən sonra İlkay...
Angela Merkel Özilin yığmadan getməsindən danışdı
"Mən Özilin tərəfini saxlamalı idim" - Reynhard Qrindel
Özil millidəki karyerasına son qoymağı qərara aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası