Stolüstü tennis üzrə liqa yarışları başa çatdı -FOTO
Stolüstü tennis üzrə liqa yarışları başa çatıb.
Sportfm.az xəbər verir ki, komanda xarakteri daşıyan yarışlar yüksək və standart liqa olmaqla keçirilib. Mərhələlər ilə keçirilən turlar yüksək liqada 6 oğlan və qız, standart liqada isə 12 oğlan və 7 qız komandası arasında təşkil olunub.
Qızların birinci liqa yarışlarında “İdeal” birinci, “Feniks” ikinci, “Pilot” isə üçüncü pillədə qərarlaşıb. Oğlanların mübarizəsində də “İdeal” komandası qızıl medal qazanıb. “Qələbə-1” yarışı ikinci, “Feniks” isə üçüncü pillədə başa vurub.
Qızlar arasında ikinci liqa yarışlarında “Feniks-2” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Buta” ikinci, “Atəşgah” üçüncü olublar. Oğlanlar arasında “Çıraqqala” bütün rəqiblərinə qalib gəlib. “İdael-2” gümüş, “Atilla” isə bürünc medal qazanıblar.
Sonda qaliblərə medal və pul mükafatları təqdim edilib.
Oxşar xəbərlər
“Azərreyl” və “Abşeron”dan növbəti qələbə - Yüksək Liqa
Ölkə kubokunda komanda yarışları başa çatdı
Birinci və İkinci liqaların püşkü atılacaq
Azərbaycan millisi bütün rəqiblərinə qalib gəldi - FOTO
Stolüstü tennis üzrə yüksək və standart liqa yarışlarına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL















Misli Premyer Liqası