reklam
Azərbaycan Kubokunda bir ilk
Sportfm.az xəbər saytı

Azərbaycan Kubokunda bir ilk


Azərbaycan kubokunun final oyunu Rauf Cabbarova tapşırılıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu təyinatla mayın 28-də keçiriləcək "Keşlə" - "Qəbələ" matçında bir ilk qeydə alınacaq.

Cabbarovlar ölkə kuboku tarixinə final idarə edən ilk ailə kimi düşəcək. Belə ki, Raufun atası Gülağa Cabbarov da turnirin həlledici matçında fit çalıb.

Sabiq referi, sonradan həm Hakimlər Komitəsi, həm də Hakim-inspektorlar Komitəsində çalışmış ata Cabbarov 26 il öncə finalda iş başında olub. O, ilk Azərbaycan kubokunun həlledici matçında meydana "İnşaatçı" (Bakı) və "Kür" (Mingəçevir) komandalarını çıxarıb. 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi 1992-ci ildə keçirilən yarışın qalibi olub.

Qeyd edək ki, Rauf Cabbarov final idarə edən 15-ci hakim olacaq. Bunadək keçirilən 24 finalda ədaləti 14 referi qoruyub. Mütləq rekordçu Fariz Yusifov 4, Əliyar Ağayev, Vüsal Əliyev və Xaqani Məmmədov hərəyə 3, Tahir Süleymanov 2 belə görüşə çıxıbsa, digər 9 referi hərəyə 1 dəfə finala təyinat alıb.

Oxşar xəbərlər

Premyer Liqamızda 12 mövsümün rekordu
Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək
Rauf Cabbarov zədələndi, 4-cü hakim meydana çıxdı
Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim
Final oyununun hakim təyinatları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər