Fransız açıqladı:"Baş məşqçilik etməyəcəm"
Zinəddin Zidan "Real"dan istefa verməsinin səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 45 yaşlı mütəxəssis dəyişikliyə ehtiyac duyduğu üçün bu addımı atdığını deyib:
"Qərarımı bəzi insanlar başa düşməyə bilər. İki ildən sonra düzgün qərar verdiyimi düşünürəm. Azarkeşlərə də təşəkkür edirəm. Yeni mövsümdə baş məşqçilik etməyəcəm. Özümə klub axtarmıram. Komandada daxili yorğunluq var idi. Güc gündən-günə tükənirdi. Qalsaydım, uğurlar əldə edə bilməyəcəkdim. Ona görə də ayrılıq qərarı verdim. Üzgün olmağa ehtiyac yoxdur, gözəl gündür. Burada hər kəslə gözəl münasibətim davam edəcək".
Qeyd edək ki, Zidan “Real”ı 2016-cı ildən çalışdırır. "Kral klubu" onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya La Liqası, bir dəfə İspaniya Super kubokunun qalibi olub.
Oxşar xəbərlər
Zidan "Real Madrid"dən getdi - RƏSMİ
Zidan Madrid klubunun tarixinə düşdü
Zidan hansı klubun baş məşqçisi olacaq?
Zidan ikinci dəfə ilin ən yaxşı məşqçisi seçildi
Zidan Fransaya qayıda bilər!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası