reklam
Maksimov Azərbaycana qayıdacaqmı? -
Sportfm.az xəbər saytı

Maksimov Azərbaycana qayıdacaqmı? -ÖZƏL


Premyer Liqanın gedişində "Keşlə"nin baş məşqçisi təyin edilən Yuri Maksimov qısa zaman kəsiyində zəif heyətə malik olan komandaya uğur qazandıra bildi. Mətbuata müsahibəsində daim problemlərdən danışan, sözünü deməkdən çəkinməyən ukraynalı, aldadıldığını, ona verilən sözün yerinə yetirilmədiyini söyləyirdi. Komandanın hətta ölkə kubokunu baş üzərinə qaldıracağı təqdirdə belə Bakıda qalmayacağını deyən Maksimov kubokun finalından sonra fikrini dəyişdiyini açıqladı. CBC Sport-a müsahibə verən mütəxəssis "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovun ona müqaviləsini uzatmağı təklif etdiyini, özünün isə razılaşdığını açıqladı. Kiçik büdcə və zəif heyətə malik komandanı avrokuboklara daşıyan çalışdırıcı ilə Axundovun əməkdaşlığını davam etdirmək istəməsi başa düşüləndir. Ancaq hər dəfə aldadılğını önə sürən, mövsüm bitən kimi vətəninə dönəcəyini söyləyən məşqçinin qərar dəyişdirməsinə hansı amilin təsir etdiyi hər kəs üçün müəmmalı qaldı. Sportfm.az saytına daxil olan məlumata görə, Qəbələdəki finaldan sonra Azərbaycanda qalacağını təsdiqləyən ukraynalı hazırda menecerləri vasitəsilə özünə klub axtarır. O canlı yayımda qalacağını söyləsə də, komanda tapacağı təqdirdə, Bakıya dönməyəcək. Artıq onunla 2 Ukrayna klubunun maraqlandığı da məlum olub. Maksimovun Bakıda ona irəli sürülən təklifdən az pula başqa yerdə çalışmağa razı olduğu da deyilir. 

Oxşar xəbərlər

Maksimov "Keşlə" ilə kubok qazanmasını böyük uğur hesab etmir...
Yuri Maksimov "Keşlə"dən getdi?
Maksimovun inadı Axundovu necə xərcə salır? - ÖZƏL
"Keşlə" klubunun yeni baş məşqçisi rəsmiləşdi
Maksimovun təyinatı rəsmiləşdi - Məmmədov əvvəlki postuna qaytarıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər