Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Şeydayevlə bağlı qəti qərar
"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmağa qərar verib.
Sportfm.az xəbər verir ki, 22 yaşlı oyunçunun yeni mövsüm üçün komandada düşünülmür. Komandanın baş məşqçisi Ünal Karaman forvardı gələcək planlarına salmayıb. O, Burak Yılmazla Uqo Rodalleqaya başqa alternativin axtarılmasını rəhbərlikdən tələb edib.
Qara dəniz klubunun rəhbərliyi Şeydayevin "Trabzonspor"dan alacaqları qarşılığında ona azad agent statusu verməyi təklif edib. Ancaq millimizin üzvünün bu təklifə müsbət cavab verməyib.
Şeydayevin "Trabzonspor"la müqaviləsi 2020-ci ilə qədərdir.
Oxşar xəbərlər
Şeydayevlə bağlı qərar verildi - O Trabzonu tərk edir
Şeydayevin taleyi necə olacaq? - "Trabzonspor" rəhbərliyi ona klub axtarır
"Trabzonspor" Şeydayev üçün hansı qərarı verəcək?
Baş məşqçi Ramil Şeydayevlə bağlı fikrini dəyişdi
"Trabzonspor" Ramil Şeydayevlə bağlı qərar verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası