Cokoviç yenə finalda
Mövsümün son Qrand Slam turniri olan Amerika Açıqda finalçılar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, kişilərin yarışında serbiyalı Novak Cokoviçlə Xuan Martin del Potro həlledici oyuna vəsiqə qazanıb.
Nyu Yorkda təşkli olunan ilk yarımfinal görüşündə dünyanın 1 nömrəli tennisçisi Rafael Nadal bu turnirin 2009-cu ildə qalibi olmuş Xuan Martin del Potro ilə üz-üzə gəlib. Setlərdə 0:2 hesabı ilə geriyə düşən ispan tennisçi dizindəki zədə səbəbindən matçı davam etdirə bilməyib və Del Potro finala yüksəlib.
Digər yarımfinal qarşılaşmasında isə Novak Cokoviç yapon Key Nişikorini 6-3, 6-4 və 6-2-lik setlərlə məğlub edərək adını turnirin finalına yazdırıb.
Qeyd edək ki, Cocoviçlə Del Potro arasındakı final görüşü sabah baş tutacaq.
Oxşar xəbərlər
Altıncı dəfə “Wimbledon-2021”in qalibi oldu - UĞUR
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Cokoviç dörddəbir finala vəsiqə qazandı
"Uimbldon": Cokoviç 4-cü dəfə zirvədə
Həmin qələbəsini unuda bilmir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









.jpg)




Misli Premyer Liqası