reklam
Altıncı dəfə “Wimbledon-2021”in qalibi oldu -
Sportfm.az xəbər saytı

Altıncı dəfə “Wimbledon-2021”in qalibi oldu -UĞUR


İyulun 11-də tennis üzrə kişilər arasında “Böyük Dəbilqə” seriyasından London açıq (Wimbledon) turnirinin final görüşü keçirilib.

Sportfm.az xəbər verir ki, turnirin həlledici görüşündə serbiyalı Novak Cokoviç və italiyalı Matteo Barrettini üz-üzə gəliblər. Görüş serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 3:1 (6:7, 6:4, 6:4, 6:3). Bu qələbə sayəsində Novak Cokoviç karyerasında altıncı dəfə “Wimbledon” turnirlərinin qalibi olub. Bu, həm də serbiyalı tennisçinin “Böyük Dəbilqə” seriyasında 20-ci qələbəsidir.

Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə məhz Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.

Oxşar xəbərlər

18 yaşlı tennisçi karyerasında ilk dəfə “US Open” turnirinin qalibi oldu
61 milyon dollarlıq turnirin qalibi məlum oldu - “Australian Open”
“Australian Open-2019” turnirinin final oyunu keçiriləcək
Cokoviç dörddəbir finala vəsiqə qazandı
Cokoviç yenə finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər