Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Tank” ləqəbli boksçumuz döyüşə çıxır
Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,”Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Bohum şəhərində döyüşə çıxacaq.
Sportfm.az xəbər verir ki, Xəyal Əhmədov rəqibi Lukas Boçenskiyə qarşı döyüşəcək. Döyüş Ruhrconqress adlı yerdə olacaq.
“İnanıram ki, döyüşdən qələbə ilə ayrılacam. Hər döyüşdən nəsə öyrənirəm. Bu dəfə də məni çətin və məsuliyyətli döyüş gözləyir. Arzumdur ki, çox sevdiyim üçrəngli bayrağımızı zirvələrə qaldırım”, - deyə idmançı qeyd edib.
Qeyd edək ki, Xəyal Əhmədov bir sıra beynəlxalq yarışların qalibidir. Əsasən peşəkar sahədə döyüşür.

Oxşar xəbərlər
Azərbaycanlı "Tank" dünya kəmərini qazandı
Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi
Kikboksçumuz Almaniyada çempion oldu
Azərbaycanlı idmançı Almaniyada döyüşə çıxacaq
"Tank" ləqəbli idmançımız Niderlandda gərgin döyüşə çıxır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa















Misli Premyer Liqası