reklam
Millimiz dünya çempionatında Rusiya ilə qarşılaşacaq
Sportfm.az xəbər saytı

Millimiz dünya çempionatında Rusiya ilə qarşılaşacaq


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada təşkil olunan XVIII dünya çempionatının ikinci mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, voleybolçularımız ikinci mərhələdə Çin, İtaliya, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaqlar.

Millimiz oktyabrın 7-də İtaliya, bir gün sonra Çin, ayın 10-da Türkiyə, ertəsi gün isə Bolqarıstan ilə qarşılaşacaq.

Yığmamız ilk mərhələdə Koreya Respublikasına (3:1) və Trinidad və Tobaqoya (3:0) qalib gəlsə də, ABŞ-a (0:3), Rusiyaya (0:3) və Tailanda (3:1) məğlub olub.

Qeyd edək ki, oktyabrın 20-də başa çatacaq dünya çempionatı 3 mərhələ və pley-offdan (yarımfinal və final) ibarətdir.

Oxşar xəbərlər

Millimiz dünya çempionatında İtaliya yığması ilə qarşılaşacaq
Voleybolçular arasında dünya çempionatında ilk tura yekun vuruldu
Voleybol üzrə Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı - FOTO
Yaponiyada İtaliyaya uduzduq
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər