reklam
2 milyon avroluq görüşün vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

2 milyon avroluq görüşün vaxtı açıqlandı


Şahmat tacı uğrunda görüşlərin keçiriləcəyi yer müəyyənləşib.

Sportfm.az xəbər verir ki, rusiyalı Yan Nepomnyaşi ilə çinli Din Liren arasında baş tutacaq qarşılaşmalar aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq. Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb

Yeni dünya çempionunu müəyyənləşdirəcək görüşün mükafat fondu 2 milyon avrodur. Qalib bu məbləğin 60 faizini, uduzan isə 40 faizini alacaq.

Şahmat tacı uğrunda görüş əslində Maqnus Karlsenlə İddiaçılar Turnirinin son qalibi olan Yan Nepomnyaşi arasında keçirilməli idi. Amma norveçli dünya çempionu bu görüşlərdən imtina edib.

Oxşar xəbərlər

Şahmat tacı uğrunda növbəti görüş baş tutdu
Bu gün iddiaçılar turniri start götürəcək
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşdi
İddiaçılar turnirinin sponsoru olacaqlar
FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər