Yenə dopinq, yenə Bakı, yenə toplantı
Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə dinləyici qismində qılıncoynatma üzrə milli komandanın üzvləri, məşqçilər heyəti və federasiya rəsmiləri iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib. Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva qaydalar, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidir. İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
“Kəpəz” üçün antidopinq təlimi - FOTO
"Amada" seminar keçirdi - Nazirliklə
AMADA-dan xəbərdarlıq - "İdmançılar təlimatlara ciddi riayət etməlidir"
AMADA idmançılar üçün seminar keçirdi
Antidopinq mövzusunda maarifləndirici seminar keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası