Bakı rusların gözü ilə -VİDEO
Rusiyanın məşhur idman kanalı olan “Matç TV” Bakı haqqında 15 dəqiqəlik süjet hazırlayıb.
Sportfm.az xəbər verir ki, süjetdə 2020-ci ildə Bakıda Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Çempionatının dörd oyunu barədə söz açılıb. Proqramın aparıcısı izləyicilərə Azərbaycan barəsində, ölkəmizdə yetişən meyvələr və ədviyyatlar, həmçinin oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu haqqında məlumat verib. O, azərbaycanlı xanımların hansı səviyyədə futbol azarkeşi olması ilə maraqlanıb, əfsanəvi Tofiq Bəhramov barəsində maraqlı məlumatlar təqdim edib.
Proqramın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya millisinə Avro-2020-yə düşməyi və final oyununu Bakıda keçirməyi arzulayıb.
Oxşar xəbərlər
Elxan Məmmədov TFF-nin baş katibi ilə görüşdü - FOTO
Rusiya saytı BOS-un şəkillərini paylaşdı - FOTO
Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı - FOTO
Dünya və Avropa çempionu azərbaycanlı uşaqlarla futbol oynadı - FOTOLAR
Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası