Qurban Qurbanov millidən gedir?
Bu AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Sportfm.az saytı yenicag.az-a istinadən xəbər verir ki, qurumun inzibati binasında keçiriləcək iclasda bir sıra qərarlar qəbul olunacağı gözlənilir.
Bunlardan biri də yığmanın baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Saytın əldə etdiyi özəl məlumata görə, sabah təcrübəli mütəxəssis milli ilə vidalaşacaq. Onunla yanaşı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun da millidən ayrılması gündəmdədir. Bu, iclasdan öncə olan son qərardır.
Son anda qərarın dəyişəcəyi ehtimalı da var. O da ola bilər ki, Qurbanov yığmada qalsın, Rəşad Sadıqov U-21-dən ayrılaraq "Qarabağ"ın "sükanı arxası"na keçsin. Hər halda məsələyə sabahkı iclasda aydınlıq gələcək.
Oxşar xəbərlər
AFFA mətbuat konfransı keçirməyə ehtiyac duymur!
Qurban Qurbanov: "Məndən heç nə soruşmayıblar" - İcraiyyə Komitəsinin iclasına qatılmadı
Qurban Qurbanov millidən getdi!
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi
"Qarabağ"dan Qurban Qurbanov açıqlaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası