reklam
ÇSKA-nın sabiq futbolçusu Azərbaycan klubundan imtina etdi
Sportfm.az xəbər saytı

ÇSKA-nın sabiq futbolçusu Azərbaycan klubundan imtina etdi


Azad agent statusu daşıyan bolqarıstanlı müdafiəçi Plamen Kraçunov təklifləri gözləyir. 

Sportfm.az xəbər verir ki, bolqar stopperin Kiprin "Ermis", Makedoniyanın "Rabotniçki" klublarıyla danışıqları nəticəsiz qalıb. Azərbaycanın adı açıqlanmayan klubundan təklif alan futbolçu maliyyə şərtləri aşağı olduğu üçün rədd cavabı verib. Xəbərdə qeyd edilib ki, Krauçov karyerasını Bolqarıstanda davam etdirmək fikrindədir. 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ölkəsinin "Maritsa" klubunun yetirməsidir. O, "Lokomotiv (Plovdiv), ÇSKA (Sofiya), "Slaviya" (Sofiya), "Sent-Conston" (Şotlandiya), "Etnikos" (Kipr) klublarında çıxış edib. Krauçovun son klubu Polşa "Sandeçya"sı olub.

Oxşar xəbərlər

Tanınmış futbolçu karyerasını bitirdi
"Yuventus"un futbolçusu Çin klubundan imtina etdi
"Keşlə"nin istədiyi futbolçu Qazaxıstana üz tutdu
Daha bir futbolçu "Qarabağ"a gəlməkdən imtina etdi
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu Beyruta yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər