reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" məğlubiyyətdən qaçdı


“Qalatasaray” 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın “Leypsiq” komandası ilə yoldaşlıq oyunu keçirib.

Sportfm.az xəbər verir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. 12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə “Leypsiq”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib.

Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda “Boluspor”a qarşı keçirəcək.

Xatırladaq ki, “Qalatasaray” klubu Braziliyanın “Atletiko Paranaense” komandasından müdafiəçi Markos Nasimento Teyşeyranı və müdafiəçi Emre Taşdemiri transfer edərək heyətini gücləndirib.

Oxşar xəbərlər

"Qalatasaray"dan qolsuz bərabərlik - Türkiyə Super Liqası
"Qalatasaray" 2 qola sevindi
"Qalatasaray" 3 xalı 1 qolla qazandı
“Qalatasaray” Avropa Kubokunun qalibi oldu - FOTO
"Qalatasaray" liderliyə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər