Devid Bekhem daha bir futbol klubunun səhmlərini aldı
İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem ölkə çempionatının beşinci divizionunda çıxış edən “Salford Siti” klubunun səhmlərini alıb.
Sportfm.az xəbər verir ki, “Salford Siti”nin səhmlərinin əlli faizini 2014-cü ildə “Mançester Yunayted” klubunun sabiq futbolçuları Pol Skoulz, Rayan Giqz, Fil Nevil, Qary Nevil və Niki But (hər biri 10 faiz) əldə ediblər. Qalan hissələr isə İspaniyanın “Valensiya” klubunun sahibi olan sinqapurlu milyarder Peter Limə məxsusdur. Devid Bekhem “Salford Siti”nin səhmlərinin 10 faizini Peter Limdən aldığını bildirib.
Beləliklə, ingilis futbolçuları klub idarəçiliyində nəzarəti ələ alıblar.
“Salford Siti” klubu 1940-cı ildə Mançester şəhərinin ətrafında yaradılıb. Klub uzun illər İngiltərə çempionatının səkkizinci və doqquzuncu divizionlarında oynayıb. Klub 2014-2015-ci illər mövsümündə yeddinci, 2015-2016-cı illərdə altıncı, 2016-2017-ci illərdə isə beşinci diviziona yüksəlib. Hazırda “Salford Siti” beşinci divizionda 30 oyundan sonra 56 xalla 3-cü yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Bekhem Premyer Liqa klubu ilə anlaşdı - FOTO
"Mançester Siti"nin sahibi klub aldı - 10-a çatdı
Devid Bekhem və braziliyalı Ronaldo xeyriyyə matçı təşkil edəcək
Bekhem UEFA prezidenti mükafatına layiq görüldü
“Mançester Siti” son 63 ildə ilk dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası