Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ənənə pozulmadı: yenə braziliyalı
Topaz Premyer Liqasının XIX turunun "İnter” – "Zirə” oyununda (1:1) qeydə alınan avtoqol mövsümdə 4-cü olub.
Sportfm.az xəbər verir ki, meydan sahiblərinin heyətində Denis Silva öz qapısına qol vurub. Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına braziliyalılar imza atıb. "Neftçi”nin müdafiəçisi Jairo Rodriges "Qarabağ”la iki, "Qəbələ” ilə bir oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olmuşdu. Əvvəlki çempionatlarda "sambaçılar”ın daha 7 avtoqola məyus olduğunu nəzərə alsaq, bu ölkədən olan legionerlər 11 dəfə öz qapısına qol vurub.
Elə Denis də əvvəlki 7 avtoqoldan birinin müəllifi olub. O, 2010-cu il dekabrın 11-də "Neftçi”nin heyətində çıxış edərkən "Bakı” ilə görüşdə öz qapısına qol vurub. 2261 gündən sonra eyni xətaya yol verən müdafiəçi 1-dən çox avtoqol edən 21-ci futbolçu olub. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.
Ümumilikdə isə Azərbaycan çempionatları tarixində 162 avtoqol qeydə alınıb. Paytaxt derbisindəki avtoqol "İnter” üzvlərinin 8-ci uğursuzluğu olubsa, "Zirə” 3-cü dəfə rəqib qoluna sevinib.
Oxşar xəbərlər
Rəşad Əzizli antirekordu təkrarladı
Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Premyer Liqanın debütantından bir ilk
Azərbaycan çempionatlarında ikinci dəfə
Premyer Liqa: Mövsümün ilk avtoqolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi - İkinci Liqa
-
Tovuzda bərabərlik - Premyer Liqa
-
“Neftçi” - “Qarabağ” matçının biletləri satışda
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ümumilikdə pis oyun nümayiş etdirmədik" - Kurban Berdıyev
-
"Karvan"ın seriyası qırıldı - Premyer Liqa













Misli Premyer Liqası